Reklam

Reklam

“Delfin” MMC “Bakı” Futbol Klubu MMC-ni məhkəməyə verib.

Yenicag.az xəbər verir ki,  1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən “Delfin” MMC futbol klubunu xüsusi mülkiyyətdə olan sahədən çıxarılması barədə tələb irəli sürüb. Məhkəmə prosesi zamanı “Bakı” klubu pulun tutulması barədə qarşılıqlı iddia qaldırıb. Qərara əsasən, ilkin iddia təmin edilib, lakin qarşılıqlı iddia rədd olunub. Məhkəmə qərarından narazı qalan “Bakı” Futbol Klubu MMC rəhbərliyi apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qeyd edək ki, “Delfin” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun şirkətlərindən biridir. Bu MMC “Garant Holding”in tərkibinə daxilir. “Bakı” Futbol Klubu isə “Baghlan Group”un sahibi “Hafka” kimi tanınan iş adamı Hafiz Məmmədovundur (Report)

Məsələ ilə bağlı Yenicag.az-ın əməkdaşı “Bakı”nın vitse-prezidenti Yaşar Seyidovla əlaqə saxlayıb. Maraqlıdır ki, Seyidov əməkdaşımızla söhbətində məhkəmə prosesindən xəbərsiz olduğunu bildirib. O, bu barədə heç bir məlumata sahib olmadığını qeyd edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2776
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.