!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ziya Məmmədovun indi durub Ramiz Mehdiyevi müdafiə etməsi...” – Partiya sədrindən İLGİNC AÇIQLAMA

!Reklam – Yazi

“O, həm də nazir olduğu vaxt törətdiyi əməllərin hesabının sorulacağından qorxur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında keçmiş nəqliyyat naziri Ziya Məmmədovun Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevə yönələn tənqidlərin “sifarişli” olması haqda iddialarına münasibət bildirən AĞ Partiyanın sədri Tural Abbaslı deyib.

Tural Abbaslı bildirib ki, Ziya Məmmədov bu iddiası ilə həm də özünü qorumağa çalışır:

“Azərbaycanda baş verənlər sadəcə, təbii rəqabətin tərkib hissəsi deyil. Hakimiyyətdə təmsil olunmuş “köhnə”lər”in “yeni”ləri, “yeni”lərin isə “köhnə”ləri bu və ya başqa məsələlərdə ittiham etmələri siyasətin bir elementidir.

Ancaq görünən odur ki, aralarında qarşıdurma olan bu tərəflərdən birinin başında məhz Ramiz Mehdiyev dayanır. Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra onun əlindəki təsir imkanlarını tamamilə itirdiyini düşünmək yanlışdır. Onun indi tutduğu vəzifə də kifayət qədər sanballıdır.

Administrasiyanın rəhbəri olduğu təqribən 25 il müddətində dövlətin ali idarəetmə orqanlarında Mehdiyevin yerləşdirdiyi, irəli çəkdiyi nə qədər kadr var… Düşünürəm ki, hakimiyyətdaxili qarşıdurmanın bir tərəfi Ramiz Mehdiyev və onun ətrafı, digər tərəfi isə yeni kadrlar, yenilik tərəfdarlarıdır.

Ziya Məmmədov özünün nazirlik dönəminin böyük hissəsini Ramiz Mehdiyevin yanında olub, onun dəstəyini, atalığını hiss edib. Ziya Məmmədov həm də nazir olduğu vaxt törətdiyi əməllərin hesabının sorulacağından qorxur. Hər kəsə məlumdur ki, keçmiş məmurların bir çoxunun fəaliyyətində cinayət tərkibli əməllər var. Onlara istənilən an cianyət işi açıb, həbs edə bilərlər.

O baxımdan, Ziya Məmmədovun indi durub Ramiz Mehdiyevi müdafiə etməsi həm də özünümüdafiə instinktinin təsiridir. Yenə deyirəm, bu davranış istənilən halda hakimiyyətdaxili qarşıdurmanın tərkib hissədir. Biz “yeni”lərin fəaliyyətində hansı nəticələrin olacağını hələ dəqiq bilməsək də, “köhnə”lərin nə qədər yarıtmaz olduqlarını görmüşük”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

4276
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv