Avqustun 14-də baş verən 7,2 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 1941-ə çatıb.
Yenicag.az xəbər verir ki, bu barədə Haiti Mülki Müdafiə Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, zəlzələ nəticəsində 1941 nəfər həyatını itirib, 6900-dən çox yaralı var.
Qeyd edək ki, zəlzələ nəticəsində Haitidə böyük dağıntılar meydana gəlib, ölkədə bir aylıq fövqəladə vəziyyət və üç günlük matəm elan edilib.