Hakimlər “Eybar”ın qoluna sevindi – “Real”ın oyunundan şok görüntü – VİDEO

İspaniya La Liqasının 13-cü turunda keçirilən “Eybar” – “Real” matçı ilə bağlı şok görüntülər yayılıb.

Yenicag.az xəbər verir ki, “Real”ın 0:3 hesabı ilə uduzduğu qarşılaşma zamanı VAR sisteminə nəzarət edən hakimlər ev komandasının qoluna seviniblər.

Məsələ burasındadır ki, sözügedən oyunda VAR hakimi olan Manuel Montero 18-ci turda “Real” – “Real Sosyedad” (0:2) görüşündə də iş başında olub. Həmin matçda isə “Real”ın iki penaltisi verilməyib.

Loading...