“Neftçi”nin məşqçilər heyətinə yeni təyinatlar oldu

media-hightechnic-468x90

“Neftçi”nin məşqçilər heyətinə yeni təyinatlar olub.

Klubdan Yenicag.az-a verilən məlumata görə, Atilla Küçüktaka və Fuad Əsədov qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcəklər.

Hər iki mütəxəssislə 1,5 illik müqavilə bağlanıb.

Atilla Küçüktaka 1972-ci il martin 26-da Türkiyənin İzmir şəhərində anadan olub. O, vətənində “Nazilli Belediyyespor”, “Bucaspor”, “Karşıyaka”, “Altınordu”, “Trabzonspor” və “İkas Eyüpspor” klublarında çalışıb.

32 yaşlı Fuad Əsədov isə əvvəllər “Neftçi” Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi və koordinatoru olub, əvəzedici komandamızda çalışıb. O, “Rəvan” (U-19) və “Səbail” klublarında, həmçinin U-17, U-18 və U-19 milli komandalarımızda da işləyib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa