!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakkaridə böyük əməliyyat başlayır - Rəsmi açıqlama  

!Reklam – Yazi

Türkiyənin Hakkari vilayətində 15 gün müddətinə “xüsusi təhlükəsiz zona” yaradılacaq.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Hakkari valiliyi “xüsusi təhlükəsiz zona”nın fevralın 8-indən etibarən yaradılacağını elan edib. 15 gün ərzində vilayət daxilində fəaliyyət göstərən terrorçuların zərərsizləşdirilməsi üçün xüsusi əməliyyat həyata keçiriləcək. Beləliklə, gündəlik həyata mənfi təsir göstərən amillər aradan qaldırılacaq.

Müvafiq əməliyyatlar Hakkarinin mərkəzi rayonu Çukurca, eləcə də Şemdinli və Yüksekova da olmaqla 31 ərazidə həyata keçiriləcək.

Qeyd edək ki, detallar barədə Hakkari valiliyinin rəsmi internet saytında ardıcıl məlumatlar yayımlanacaq.

www.yenicag.az

1590
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv