Hamilə qadın özünü niyə asıb?

media-hightechnic-468x90

77192Ağcabədidə intihar hadisəsi baş verib.

Rayonun Minəxorlu kəndində yaşayan 1996-cı il təvəllüdlü Günay Nizami qızı Məmmədova özünü asaraq öldürüb.

Sakinlərdən verilən məlumata görə, qadın hamilə olub.

Ağcabədi rayon Prokurorluğundan bildirdilər ki, hadisə ötən gün saat 21:00 radələrində baş verib. Mərhumun meyiti həyətdəki tövlədə asılı aşkar olunub.

İntiharın səbəbləri Ağcabədi rayon Prokurorluğunun araşdırmasından sonra məlum olacaq.

Qeyd edək ki, Günay Məmmədova 2013-cü ildə Ağcabədi sakini Elşad Fərzəliyevlə ailə qurub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05