!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hansı düz deyir: Əli Orucovla Arif Hacılı yoxsa Elşən Musayev?

!Reklam – Yazi

referendum11Əli Orucov: “Hər halda referendum irəliyə doğru deyil, ölkənin yenidən çətinliklərə salınması istiqamətində atılan bir addım oldu”

Arif Hacılı: “Referendumun elan olunmuş nəticələrinin ləğv olunmasını tələb edirik”

Elşən Musayev: “Bu referendumla ölkəmiz üçün daha böyük qapılar açılır”

Sentyabrın 26-da Azərbaycanda növbəti referendum baş tutdu. Rəsmi açıqlamalara görə ölkə əhalisinin 70 faizə yaxını referendumda iştirak edib. Bütün qoyulan Konstitusiya dəyişikliyi üzrə təkliflərə yenə də rəsmi açıqlamalara görə əhalinin əksər hissəsi müsbət cavab verib.

Görəsən, ölkənin siyasi kəsimi referendumun nəticələrini necə dəyərləndirirlər?

eli_orucovAMİP funksioneri Əli Orucov Yenicag.az-a açıqlamasında əhalinin böyük hissəsinin referendumu boykot etdiyini bildirdi: “Referendumla bağlı nəticələr hələlik tam dəqiqləşməyib. Amma ümumilikdə referendum çox sönük şəkildə keçdi. Referendumla bağlı qeyd olunan rəsmi nəticələr heç də o demək deyil ki, reallıqda da məhz belə olub. Ümumiyyətlə, əhalidə seçki fəallığı aşağı həddə olub, heç 10 faiz insanlar prosesdə iştirak etməyib. Deyərdim ki, ölkə üzrə keçirilən bütün seçki və referendumlardan bu son referendum ən sönük olması ilə yadda qaldı. Əhali prosesi bir növ boykot etdi, maraq göstərmədi. Hər halda referendum irəliyə doğru deyil, ölkənin yenidən çətinliklərə salınması istiqamətində atılan bir addım oldu. Bunu gerilik hesab edirəm. Partiya olaraq müəyyən təhlillər aparıb, dəyərləndirməmizi verəcəyik”.arif-hacili_2013120612

Müsavat Partiyasının başqanı Arif Hacılının da fikrincə, referendum baş tutmayıb: “Çünki Seçki Məcəlləsinə görə referendumun baş tutması üçün prosesdə azı 25 faiz seçicinin iştirak etməsi tələbi var. Müşahidəçilərimizin, ayrı-ayrı seçici və mətbuat orqanları nümayəndələrinin verdiyi məlumatlardan belə nətiəcyə gəlmək olar ki, referendumda 10-12 faiz seçici iştirak edib. Bu baxımdan da referendum baş tutmayıb, o xalqın iradəsinin ifadəsi kimi dəyərləndirilə bilməz. Referendumdan əvvəl seçkiqabağı demokratik şərait yox idi. Ölkədə 100-dən artıq siyasi məhbus var. Sərbəst toplaşma hüququ təmin olunmur. Mətbuat üzərinə basqılar davam edir, söz və ifadə azadlığı boğulur. Referenduma çıxarılan məsələlər barədə cəmiyyətə izahat verilmədi, təbliğat imkanları təmin edilmədi. İctimai diskussiyalar təşkil olunmadı. Müsavat Partiyası tərəfindən yaradılan yeganə müxalifət qrupu olan “Respublika” qrupu qeydiyyata alınmadı. Televiziya debatları təşkil olunmadı. Seçki komissiyaları tamamilə hakimiyyətin nəzarəti altında fəaliyyət göstərməkdə davam edir. Prosesə adinstrativ resurslar cəlb edilmişdi. Bu baxımdan da referendumu azad və ədalətli hesab etmək mümkün deyil. Nəticələr legitim deyil. Müsavat Partiyası olaraq referendumun elan olunmuş nəticələrinin ləğv olunmasını tələb edirik”.elshen-musayev-24-03-2012

Milli Məclisin deputatı Elşən Musayev isə bu qənaətdədir ki, xalq dəyişiklikləri dəstəkləməklə demokratiyanın təntənəsinə səs verdi: “Bazar ertəsi baş turan referendumda ümumiyyətlə son zamanlar bölgələrdə keçirdiyimiz görüşlərdə insanların aktivliyini görəndən sonra əslində dünənə (bazar ertəsi-red.) qədər qərara gəlmişdik ki, hər şey müsbət aurada başa çatacaq. İnsanların da prosesdə aktiv olması sübut etdi ki, Azərbaycan xalqı da təklif olunan dəyişiklikləri dəstəkləyir. Vətəndaş Cəmiyyəti təbliğat-təşviqat qrupunun vəkillərindən olaraq referendumda “Hə” deyənlərin çox olması üçün təbliğat aparanlardan biri oldum. Referendum ərəfəsi keçirdiyimiz bu görüşlərə də insanların hər biri könüllü gəlmişdilər. Bu insanlar artıq keçən əsrin 90-cı illərin əvvəlinin insanları deyil. Tamam dəyişib və maarifləniblər. Hər şeyi dərk edirlər, ən əsası öz vətəndaş mövqeyini ortaya qoymaq əzmindədirlər və bu mövqeyi də qoydular. Çünki referendumda əldə olunan nəticələr Azərbaycan üçün çox ciddi dəyişikliklərə start verilməsi deməkdir. Artıq Azərbaycan Konstitusiyası sovetin requmentlərindən qurtarır. Ölkəmiz üçün daha böyük qapılar açılır. Azərbaycan, dövlətimiz və xalqımız üçün uğurlu olsun. Xalqımızın dəyişikliklərə dəstək verməsini ölkəmizdə birmənalı olaraq demokratiyanın böyük qələbəsi hesab etmək olar”.

ELÇİN

COP29

www.yenicag.az

766
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv