Hansı hallarda uşağın I sinfə qəbuluna imtina veriləcək?

media-hightechnic-468x90
Hansı hallarda uşağın təhsil müəssisəsinə qəbuluna imtina veriləcəyi məlum olub.
Bu barədə Yenicag.az-a MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, ilk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ elektron sistemində qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır.
“Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşağın ümumi təhsil müəssisəsinə qəbuluna imtina verilə bilər”, – məlumatda bildirilib.
media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600