Hava limanında insident yaşanıb

media-hightechnic-468x90

61510Bakıdan Naxçıvana uçan təyyarədə problem yaranıb.
Dünən axşam saatlarında Bakı-Naxçıvan reysində problem yaşanıb. Sərnişinlərin verdikləri məlumata görə, axşam saat 20:00-da uçuşu nəzərdə tutulan Bakı-Naxçıvan reysi saat 00:35 olmasına rəğmən, hələ də, naməlum səbəblərdən uça bilməyib. Sərnişinlərlə aeroport heyəti arasında qalmaqal yaşanıb. (milli.az)

media-ziraat-728x90

Hava limanında insident yaşanıb

media-hightechnic-468x90

Baki-hava-limani-070810Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbuldan gələn Azərbaycan vətəndaşının çamadanında soyuq silah aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, İstanbul-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Kərim Ziyadxanova məxsus baqaj rentgen aparatından keçərkən monitorda bıçağa oxşar əşyanın təsviri görünüb.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman K.Ziyadxanova məxsus çamadandan gömrük nəzarətinə təqdim olunmayan, metaldan hazırlanan və ümumi uzunluğu təxminən 290 mm, “beşbarmağ”a oxşar dəstəyində isə “U.S.1918” hərf və rəqəm işarələri həkk olunan 1 ədəd bıçaq aşkar edilib.

İlkin araşdırma zamanı K.Ziyadxanov izahatında aşkar olunan bıçağı San-Marinodan suvenir kimi 20 avroya aldığını, lakin qadağan olunduğunu bilmədiyinə görə Azərbaycan Respublikasına gətirdiyini deyib.

Ədliyyə Nazirliyi Mәһkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmet zavod üsulu ilə istehsal edilib, iki tərəfi kəsici, ucu deşici və əzici-vurucu xassələrə malik, kombinə edilmiş kastet-xəncərdir və soyuq silah hesab edilir. (anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600