Hava şəraitində ciddi dəyişiklik gözlənilmir

media-hightechnic-468x90

c1a89af5a67e20b0665f40981bcd8995Martın 7-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Martın 6-da Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olcağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev açıqlamasında deyib ki, şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, martın 6-da Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Martın 7-də atmosfer təzyiqinin enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600