Həbs olunan keçmiş səfir özünə yeni vəkil tutdu
Sabiq baş prokuror, Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov özünə yeni vəkil tutub.
Yenicag.az Unikal.org-a istinadla xəbər verir ki, E.Həsənovun bundan sonra hüquqlarını vəkil Abbas Atakişiyev müdafiə edəcək.
Qeyd edək ki, Eldar Həsənov Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərində sui-istifadə etmə və büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə maddələri ilə ittiham olunur.
O, Bakıda həbs olunmuşdu.