Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddə keçirilməsinin qarşısı alınıb.
Bu barədə Yenicag.az-a Ədliyyə Nazirliyi Pentensiyar Xidmətindən məlumat verilib.
Bildirilib ki, həbs olunmuş şəxs Xəzər Natiq oğlu Cabbarovla görüşə gəlmiş qardaşının üzərinə baxış keçirilən zaman əynindəki şalvarının cibində siqaret qutusunun içərisində gizlədilmiş üç ədəd bükülüdə ümumi təmiz çəkisi 1,042 qram narkotik vasitə hesab olunan heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
www.yenicag.az