!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həbsxanadan yeni çıxan şəxs bıçaqlandı

!Reklam – Yazi

Qaradağ rayonunda qanlı hadisə baş verib.

Yeniçağ.Az xəbər verir ki, rayonun Müşfiq qəsəbəsi ərazisindən 29 yaşlı Baxışov Elşad Xanmusa oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Ona İlkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxş olan yaralı palataya yerləşdirilib.

Hadisə barədə Qaradağ rayon Polis idarəsinə məlumat verilib. Polis əməkdaşları xəstəxanaya gələrək Elşad Baxışovun ifadəsini alıblar. O, ifadfəsində bildirib ki, həbsxanadan yeni çıxıb. Rayonun Qızıldaş qəsəbəsi ərazisində tanımadığı şəxslər ona yaxınlaşaraq heç bir söz demədən onu bıçaqlayıblar. Daha sonra avtomobilə mindirərək Müşfiq qəsəbi ərazisinə gətiriblər. Və orada onu yerə ataraq gediblər.

Faktla əlaqədar Cinayət işi başlanılıb. Araşdırmalar aparılır.

Yeniçağ.Az

www.yenicag.az

651
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv