“Heç kəs Rusiyadan imtina etməyəcək”

media-hightechnic-468x90

jkijolVladimir Putin Rusiya ilə enerji birliyində olan ölkələrin hər zaman bu iş birliyindən asılı olacağını və bundan heç bir dövlətin xoşluqla imtina etməyəcəyini bildirib.

Arxangelsk şəhərində tələbələrlə görüşən Rusiya prezidenti dünya enerji münasibətlərində əsas rol oynadıqlarını, geosiyasətin də məhz bunun üzərində qurulduğunu deyib.

Bu arada Rusiya Xarici İşlər naziri Sergey Lavrov Finlandiya səfəri çərçivəsində verdiyi açıqlamada Avropa Birliyi (AB) tərəfindən “Cənub axını” layihəsi çərçivəsində atılan addımların yararsız olduğunu bildirib.

Onun sözlərinə görə, AB qətiyyətli addım atmalıdır: “AB Rusiyanın Kiyev dövlətini tanımasına qədər “Cənub axını” layihəsini dondurmaq istəyir. Bu addımın lazımsız olduğunu düşünürəm”.

Xatırladaq ki, Amerika və AB-nin Rusiyadan nə tələb etdiyini anlamadığını deyən Lavrov Rusiyanın Ukrayna böhranının həlli üçün nə lazımdırsa etdiyini vurğulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600