Həccə getmək istəyənlər üçün VACİB MƏLUMAT
“İldən-ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyi həcc ziyarəti üçün hazırlıq prosedurlarının daha erkən başlanması üçün yeni işlər görür. Bu il nazirlik dünyadakı bütün müvafiq missiyalara ötən həcc ziyarətindən qısa müddət keçdikdən sonra növbəti ziyarət üçün sənəd qəbulunun başlanması barədə göstərişlər verib”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.
O qeyd edib ki, müvafiq olaraq vizaların verilməsi proseduru da çox erkən başladılaraq, Ramazan ayının sonunadək bitiriləcəyi bildirilir:
“Həccə niyyəti olan vətəndaşlarımızdan xahiş edirik, vaxtın genişliyinə baxmasınlar, yerlər bitmədən gəlib qeydiyyata alınsınlar”.
Vüsal Cahangiri əlavə edib ki, qeydiyyata erkən başlanmasına rəğmən, hər gün vətəndaşlarımız həccə qeydiyyata alınmaq üçün müraciət edirlər:
“Öncəki təcrübələrimizə görə demək istəyirəm ki, mövsümün sonunda xeyli vətəndaş gəlib həccə getmək üçün müraciət edir, həmin ərəfədə artıq kvota tamamlanır və vətəndaş həccə gedə bilmir. Həcc üçün niyyət etmiş zəvvarların gec qalmadan müraciət etmələrini tövsiyə edirik”.












