!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hədəf Liseyində Türkiyənin Cumhuriyyət bayramı qeyd edildi - FOTOLAR

!Reklam – Yazi

Bu gün Hədəf Liseyində Türkiyənin 29 Oktyabr Cumhuriyyət bayramı qeyd olunub.

Yenicag.az xəbər verir ki, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin dəstəyi ilə Hədəf Lilseyində təşkil olunan tədbirə millət vəkilləri Qənirə Paşayeva, Nizami Cəfərov, ATXƏM sədri İlham İsmayılov, Hədəf Liseyinin rəhbəri Şəmil Sadiq, Bakı Atatürk Liseyinin direktoru Eylem Gültəkin, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər, Anadolu Universiteti Azərbaycan Proqramlarının koordinatoru Azər Hətəmov, Hədəf və Bakı Atatürk liseyinin şagirdləri, ictimaiyyət və mətbuat nümayəndələri qatılıblar.

Qonaqlar ilk olaraq, Hədəf Liseyində yaradılan şəraitlə tanış ediliblər. Daha sonra lisey şagirdlərinin hazırladığı bədii-ədəbi kompozisiya nümayiş edilib, müxtəlif tarixi səhnələri özündə əks etdirən hadisələr canlandırılıb.

Tədbirin bədii hissəsindən sonra çıxış edən millət vəkili Qənirə Paşayeva öz təəssüratlarını bölüşərək, “bir millətin iki bayramı”nın ola bilməyəcəyini deyib:

“Ulu öndər Heydər Əliyev Türkiyə ilə bağlı “Biz bir millət iki dövlətik” deyib. Bir millətin də iki bayramı ola bilməz. Xüsusilə də, Cumhuriyyət bayramı. Bəzən deyir və yazırlar ki, qardaş Türkiyənin Cumhuriyyət bayramı mübarək olsun. Xeyr, biz “Cumhuriyyət bayramımız mübarək”, – deməliyik”.Millət vəkili, akademik Nizami Cəfərov da çıxışında Mustafa Kamal Atatürkün mirası olan Cumhuriyyətin bütün türklər üçün önəmli olduğunu vurğulayıb. Tədbirin yekununda xatirə şəkli çəkdirilib.

www.yenicag.az

1096
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv