Həkim xəstədən körpə satın aldı: Skandal belə ortaya çıxdı

media-hightechnic-468x90

Türkiyədə dövlət xəstəxanasında çalışan qadın həkimin yeni doğulmuş körpəni satın aldığı üzə çıxıb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Quşadası Dövlət Xəstəxanasında çalışan pediatr Şəbnəm E. 9 günlük körpəni anasından pul qarşılığında satın alıb.

Skandal isə həkimin körpəni evdə qucağından salıb müalicə üçün xəstəxanaya gətirməsi ilə ortaya çıxıb.

Qeyd olunur ki, həkim uşağına baxa bilməyəcəyini deyən anadan körpəni pul qarşılığında satın alıb, evə apararaq ona baxıcı tutub.

Xəstəxanda uşağı “başqasının övladı” kimi təqdim etmək istəyən həkim həmkarlarının diqqəti nəticəsində ifşa olunub.

Hadisədən sonra Şəbnəm E.-yə qarşı insan alveri və səhlənkarlıqla xəsarət yetirmə ittihamları ilə istintaq başladılıb. Polisə verdiyi ifadədə həkim övladı olmadığı üçün körpəni pul qarşılığında aldığını etiraf edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa