İranda mərhum prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digər şəxslərin göyərtəsində olduğu helikopter qəzasını araşdıran Ali Komitə 2-ci hesabatını yayıb.
Yenicag.az xəbər verir ki, Baş Qərargahın nəzdində yaradılan qurum bu nəticələrə gəlib:
– Meteorologiya Təşkilatınınn məlumatına əsasən, saat 08:50-dək Təbriz hava limanından (mənşə məkanı) birinci və ikinci istiqamətlərinə (Ağbənd körpüsü və Qız qalası bəndi) hazırkı hava və proqnoz əlverişli olub, lakin ən son sənədləri və digər 2 helikopterin pilotları və sərnişinlərinin ifadələrini alındıqdan sonra geri dönüş marşrutunun hava vəziyyəti daha sonra tədqiq edilməlidir; bu barədə daha sonra məlumat veriləcəkdir.
– qəzaya uğramış helikopterin texniki xidməti və təmiri ilə bağlı sənəd və qeydlərin əksəriyyəti diqqətlə araşdırılıb, təmir-texniki xidmət baxımından qəzada təsirli ola biləcək hər hansı qüsur aşkar edilməyib.
– təhqiqat və hesablamalara əsasən, helikopter uçuşun başlanğıcında və mənşə yerindən təyinat yerinə qalxarkən və geri qayıdışda sərnişin və avadanlıqların sayı maksimal standart çəkisinə uyğun olub.
– uçuş qrupunun pilotları arasında qeydə alınmış danışıqlara əsasən, qəzaya uğramış helikopterin pilotları ilə son təmas hadisə baş verənə qədər 69 saniyə çəkib və fövqəladə vəziyyət elanı qeydə alınmayıb.
– helikopterin qalıqları və korpus hissələrinin nümunələrinə əsasən, onların dağılma üsulu və hissələrin əsas gövdədən ayrılma məsafəsi uçuş zamanı təxribat nəticəsində partlayışın baş verməsi və s. hallar istisna edilir.
– qəzaya qədər helikopterlə 69 saniyə əlaqə saxlanılıb, son zəng və uçuş qrupunun komandiri ilə əlaqəyə əsasən rabitə sistemində pozuntu və ya tezlik müdaxiləsi istisna edilir.
– ixtisaslaşmış ekspertlərin hesabatına görə, qəzaya uğrayan helikopterdə elektron müharibə izləri müşahidə edilməyib.
www.yenicag.az