Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Helikopter simulyatoru qurulacaq

2adb9252d3d2ce3a8ab292d8aa453644Kanadanın CAE şirkəti bu il “Azərbaycan Hava Yolları” QSC (AZAL) üçün iki helikopter simulyatoru quracaq.

Yenicag apa-ya istinadən bildirir ki, şirkət AZAL üçün “Sikorsky S-92” və AW-139 helikopterlərinin simulyatorunu hazırlayır. Dünyanın aparıcı simulyator firmalarından olan CAE-nin istehsal etdiyi təlim vasitələri heyətin yerüstü təlim mərkəzində az xərclə təhsil almasına imkan verir. Bu avadanlıqlarda real şəraiti imitasiya etməklə, pilotlar öz uçuş bacarıqlarını artırırlar.

Qeyd edək ki, AZAL və CAE arasında 2013-cü ildə bağlanmış müqaviləyə “Embraer-190 E-jet” təyyarəsinin, “Sikorsky S-92” və AW-139 helikopterlərinin simulyatorunun alğı-satqısı daxildir.

www.yenicag.az

314