“Həm pulumu alıblar, həm də sənədimi itiriblər” – “Azeri Express”dən ŞİKAYƏT/FOTO

media-hightechnic-468x90

Təhvil verilmiş vacib sənədin ünvanına çatdırılmaması və müştəri xidmətlərinin laqeydliyi ciddi narahatlığa səbəb olub.

Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçisi Aytac Cəfərova öz hesabında paylaşım edərək “Azeri Express” karqo şirkətindən şikayətini bildirib.

media-whatsapp-image-2026-01-16-at-12-07-01-1

Şikayətçinin sözlərinə görə, sənədin çatdırılması üçün sözügedən şirkətə müraciət etsə də, artıq 9 gündür sənədin taleyi ilə bağlı heç bir dəqiq məlumat ala bilmir. A.Cəfərova qeyd edib ki, müştəri xidmətləri ilə əlaqə saxlamaq cəhdləri isə hər dəfə nəticəsiz qalır.

Aytac Cəfərova başına gələnləri belə təsvir edib:

“Bir şirkət təsəvvür edin ki, həm pulunuzu alır, həm sənədinizi it-bata salır, həm də zənginizə cavab vermir. Söhbət ‘Azeri Express’-dən gedir. 06.01.2026 tarixində onlara bir sənəd etibar etdim. Üstündən 9 gün keçib, amma sənəd hələ də yoxdur!

Şirkətin ‘müştəri xidməti’ strategiyası isə ‘möhtəşəmdir’. Mailləri görməzdən gəlirlər, zəng edəndə ‘nağıl’ danışıb yola verirlər. Dispetçer nömrəsi verirlər, amma o dispetçer, deyəsən, telefonu sadəcə dekorasiya kimi saxlayır – açan yoxdur!”

Şikayətçi vurğulayıb ki, sənədin gecikdiyi hər dəqiqə ona maddi və mənəvi ziyan vurur. O, şirkət rəhbərliyinə səslənərək məhkəmə xəbərdarlığı edib:

“Mənim sənədim haradadır? Əgər o sənəd itibdisə və ya vaxtında çatmadığı üçün mənə zərər dəyirsə, məsələni məhkəmə müstəvisinə daşıyacağam. Dostlar, ehtiyatlı olun. Hüquqi və ya vacib sənədlərinizi bu şirkətə etibar etməzdən əvvəl bir daha düşünün”.

Yenicag.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa