Fələstinin HƏMAS hərəkatı İsrail qüvvələrinin anklavda döyüşlərini dayandıracağı təqdirdə Qəzza zolağında nizamlama ilə bağlı İsraillə razılıq əldə etməyə hazır olduğunu açıqlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə HƏMAS-ın “Telegram” kanalında yayımlanan bəyanatda bildirilib.
Bildirilib ki, HƏMAS rəhbərliyi vasitəçilərə “müharibə və Qəzza zolağında Fələstin xalqına qarşı təcavüzkarlığa son qoyulacağı təqdirdə, hərəkatın tam razılığa gəlməyə hazır olduğu barədə qəti mövqeyi”ni bildirdi. Məlumata əsasən, bura girovların mübadiləsinə dair hərtərəfli sazişlər də daxildir. /Trend/
www.yenicag.az