“Hər birimiz Azərbaycan Xalq Cümhuriyyəti ilə fəxr edirik” – 107 illik QÜRUR TARİXİMİZ

media-hightechnic-468x90

“Hər birimiz bugünkü müstəqil, qüdrətli Azərbaycanın vətəndaşları olmaqla xalq cümhuriyyətimizlə fəxr edirik”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat müstəqillik tariximizin 107-ci ildönümünün vacibliyindən danışaraq bu tarixin bütün ölkədə layiqincə qeyd edildiyini diqqətə çatdırıb:

“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan dövlətçilik tarixinin ən mühüm hadisələrindən biridir. 20-ci əsrin əvvəllərində dünyada sivilizasiya tarixində yeni dövlətçilik formaları müəyyənləşməyə başladı və yaranan bu dövlətlər insan hüquqları, konstitusion azadlıqları, demokratiya kimi dəyərlərlə səciyyələndirilirdi. Azərbaycan xalqı məhz bu dövrdə 3 demokratik dəyərlərə əsaslanan cümhuriyyət qurmağı bacarığı və Azərbaycan xalqının dövlət qurmaq istedadı və bacarığının nəticəsində mümkün oldu”.

H. Babaoğlu qeyd edib ki, müstəqillik tariximizin ilk addımları 1875-ci ildə tarixi şəxsiyyətlərimiz tərəfindən atılmışdır:

“Şübhəsiz ki, hələ 1875-ci ildən sonra formalaşan maarifləndirmə mühitinin yetirdiyi tarixi şəxsiyyətlərimiz cümhuriyyəti quran liderlərimizin sayəsində mümkün oldu. Bu gün Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətini quraraq bizə bəxş edən əcdadımızla fəxr edir, onları rəhmətlə anır. Bu gün Azərbaycanın müstəqillik tarixi 1918-ci ildən hesablanır. 1995-ci ildə Azərbaycanın ilk milli konstitusiyası qəbul edilərkən böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi konstitusion əsasları oxutmuş oldu ki, bu da cümhuriyyət dəyərlərinin bu gün də yaşaması deməkdir”.

Deputat 28 May tarixinin Azərbaycan üçün önəmini vurğulayaraq hər bir azərbaycanlının bununla fəxr etməsi gərəkdiyini bildirib:

“Ona görə də hər bir azərbaycanlı bu gün əcdadımızın qurduğu dövlətlə fəxr edir, onu milli şüurumuz, tarix yaddaşımızda daim xatırlanması və əbədi olaraq qalması üçün bütün tədbirləri həyata keçirir. Biz hər birimiz Azərbaycan Xalq Cümhuriyyətinin daşıyıcılarıyıq. Hər birimiz bugünkü müstəqil, qüdrətli Azərbaycanın vətəndaşları olmaqla Xalq Cümhuriyyətimizlə fəxr edirik”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600