!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər dəqiqə separatizmin sonunu YAXINLAŞDIRIR: “Bu rejim küncə sıxışan it kimi...” - ŞƏRH

!Reklam – Yazi

“Separatçıların küncə sıxışması onları daha da aqressivləşdirir. Müqayisə üçün küncə sıxılan bir itin eynilə indiki separatçı rejimə bənzər formada diş göstərib muhasirədən çıxmağa çalışdığını göstərmək olar”.

Bunu havadarlardan dəstək ala bilməyən separatçı rejimin “mübarizəsinin” nə zaman tükənəcəyindən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, separatçıların başı olan Arayik Arutyunyan və ətrafı faktiki olaraq küncə sıxışıb:

“Onlar Azərbaycanın geri addım atmayacağını yaxşı bilirlər. Hazırda zaman separatçıların əleyhinə işləyir. Qondarma qurumu “ayaq üstə saxlamağa, mübarizə aparmağa” çalışanlar nə Qərbdən, nə də Rusiyadan arzuladıqları dəstəyi ala bilirlər.

Sosial şəbəkələrdə apardıqları “kampaniya”, erməni lobbisinin, diasporunun, kilsənin konyak diplomatiyası ilə ələ aldığı qərbli siyasətçilər, konqresmenlər də onlara yardım edə bilmir. Azərbaycan istər beynəlxaq, istərsə də regional təzyiqləri bloklayıb.

Separatçıların küncə sıxışması onları daha da aqressivləşdirir. Müqayisə üçün küncə sıxılan bir itin eynilə indiki separatçı rejimə bənzər formada diş göstərib muhasirədən çıxmağa çalışdığını göstərmək olar. Lakin bütün bu cəhdlər faydasızdır. Separatçıların sonu gəlib. Gec-tez proses Azərbaycanın tələbləri üzərinə həllini tapacaq. Əgər separatçılar bu və ya başqa formada destruktiv mövqe sərgiləyəcəksə, rəsmi Bakı da anti-terror əməliyatına başlaya bilər”.

Nəsimi Ələsgərli

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv