!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hər gün artan məişət ZORAKILIQLARI: "Həmin ailənin uşaqları da..." - SOSİOLOQ

!Reklam – Yazi

Xəbər verdiyimiz kimi, Azərbaycanda məişət zorakılığı ilə bağlı müraciətlər 10% artıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

Bəs bunun səbəbi nədir? Müasir dövrümüzdə niyə hələ də şiddət amili var?

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, zorakılığın bir çox növü var:

“Cəmiyyətimizdə tək qadına qarşı zorakılıq yoxdur. Uşağa, kişiyə qarşı, iqtisadi və psixoloji zorakılıq məsələləri də var. Məişət zorakılığı isə qlobal bir problemdir. Dünyanın hər yerində var.

Maraqlı bir cəhət odur ki, son dövrlərdə kişilər də ailə içi münaqişələrə görə aidiyyəti qurumlara müraciət edir. Yəni məişət zorakılığı həmişə olub. Amma müasir dövrdə bu hallarla bağlı şikayətlər olur. Ailədaxili bəzi məsələlər var ki, mən onların efirə daşınmasına qarşıyam.

Ailədə sağlam mühit olmalıdır. Sonra uşaqlar da travmalı böyüyür. Hətta bəzi Avropa ölkələrində belə məqamlar var ki, travmalı uşaqları araşdırırlar və psixoloji analiz edirlər. Bəlli olur ki, onlar münaqişəli ailədə böyüyüb və qərar qəbul etmə bacarıqları zəifdir.

Bizdə sağlam ailə dayanıqlılığı çox önəmli bir məsələdir. Bunun üçün ailə psixoloqları fəaliyyət göstərməlidir. Düzdür, qurumlar var, amma daha ciddi tədbirlər alınmalıdır. Orta məktəblərdə də ailə ilə bağlı dərslər keçirilməlidir. Ailələr düzgün qurulmayıbsa, cəmiyyətdə də ciddi problemlər var.

Evlənən şəxslər də ailə qurmadan öncə müxtəlif testlərdən keçirilməlidir. Çünki hər adam ailə qura bilməz. Bütün bunlar nəzərə alınsa, məişət zorakılıqları azala bilər”.

Şahanə Paşa

COP29

www.yenicag.az

281
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv