Hərbi baza mühasirəyə alındı
Yenicag aznews-a istinadən xəbər verir ki, 2 minə yaxın erməni Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasını mühasirəyə alıb.
Məlumatda deyilir ki, etirazçıların əsas tələbi 6 ermənini qətlə yetirən rus əsgər Valeri Permyakovun Ermənistanın hüquq-mühafizə orqanlarına verilməsidir.
Hərbi hissəni qoruyan erməni polisi də onların qarşısında duruş gətirə bilməyiblər. Nəticədə ermənilər bazaya xeyli yaxınlaşıblar.
Bununla yanaşı bu gün Gümrüdə etirazçıların avtomobil yürüşü də təşkil edilib.
Qeyd edək ki, rus əsgər Valeri Permyakov yanvarın 12-də avtomat silahla 6 nəfəri güllələyib, 6 aylıq oğlan uşağını da avtomatın bıçağı ilə ölümcül yaralayıb.
Türkiyə sərhədində tutulan Valeri qətli törətdiyini etiraf edib.