Hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib

media-hightechnic-468x90

maxresdefaultAzərbaycanın müdafiə nazirinin təsdiq etdiyi plana əsasən Şəmkirdə yerləşən N saylı hərbi hissədə rayon təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə vətənpərvərlik mövzusunda tədbir keçirilib.

Rayonun 7 orta təhsil müəssisəsindən 120 nəfər şagird və onları müşayət edən müəllimləri hissə komandanlığı adından salamlayan polkovnik Elşad Əbilov onlara hərbi hissənin yaranma tarixi, döyüş yolu, ərazidə yerləşən obyektlər barədə məlumat verərək şəxsi heyətin məişət şəraiti ilə tanış edib.

Qonaqlar Silahlı Qüvvələrin təchizatında olan silah, sursat, mühəndis, rabitə cihazları və avadanlıqları, səyyar təşviqat guşələri və mənəvi-psixoloji təminat vasitələri ilə əyani şəkildə tanış olublar.

Hərbi hissənin ərazisindəki Heydər Əliyev Mərkəzini ziyarət edən qonaqlara ümummilli liderin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.

Şagirdlər Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müxtəlif vaxtlarda hərbi hissəyə səfərlərini, Silahlı Qüvvələrdə keçirilən təlimləri əks etdirən filmə, o cümlədən “Hər birimiz Mübarizik, Fəridik!” adlı qəhrəmanlıq balladasına baxıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600