!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hərracda 14 dövlət əmlakı satıldı

!Reklam – Yazi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən oktyabrın 4-də növbəti hərrac keçirilib. Hərracda 1 obyekt, 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Dövlət Xidmətindən Yenicag.az-a verilən məlumata görə, özəlləşdirilən obyekt Ağsu rayonunda yerləşən qeyri-yaşayış binasıdır.

Nəqliyyat vasitələrinin hərracına maraq böyük olub və bəzi avtomobillər rəqabətli şəkildə satılıb. Satılan avtomobillər əsasən Rusiya istehsalıdır və buraxılış tarixi 1995-2013 illər arasında dəyişir.

Hərracda özəlləşdirilən dövlət əmlaklarının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://clck.ru/sKmjK)

Məlumat üçün bildiririk ki, bu ay üzrə növbəti hərraclar 11, 18, 25 oktyabr tarixlərində keçiriləcək.

www.yenicag.az

421
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv