Prezident İlham Əliyev “Hesablama Palatası haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Yenicag.az xəbər verir ki, qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyatı üzrə göndərilməsini nəzərdə tutursa, dəyişiklik edilənvariant həm də inzibatı xəta əlamətləri olan hüquqpozmaları əhatə edir.
İndiyədək Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan müvafiq materialları Baş Prokurorluğa göndərirdi.
Dəyişikliklərdə isə qeyd edilir ki, Hesablama Palatası dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə təxirəsalınmadan materialları müvafiq olaraq, müvafiq icra hakimiyyəti orqanına və ya Baş Prokurorluğa göndərəcək.