Bakıda rəqəmsallaşma, süni intellekt və media savadlılığı mövzusunda konfrans keçirilir
Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi “Media Savadlılığı” həftəsinin yekunu olaraq dekabrın 22-də “Rəqəmsallaşma, Süni İntellekt və Media Savadlılığı” mövzusunda konfrans təşkil olunub.
Yenicag.az xəbər verir ki, media savadlılığının gücləndirilməsi, rəqəmsal transformasiya şəraitində informasiyanın düzgün dəyərləndirilməsi və süni intellekt texnologiyalarının media mühitinə təsirinin müzakirəsi məqsədilə təşkil olunan konfrans “Rəqəmsal dünyada həqiqi dostların izində” mövzusunda səhnə təqdimatı və media savadlılığına dair qısa videoçarxın nümayişi ilə başlayıb.












