Qışın ən böyük təhlükəsi: Dəm qazı – "Detektor yoxdursa, ölüm qaçılmazdır"

media-hightechnic-468x90

Havaların soyuması ilə qazla işləyən qızdırıcı cihazlardan istifadənin kütləviləşməsi məişətdə dəm qazından boğulma hallarının riskini kəskin artırır.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında bildirib ki, qaz təsərrüfatı olan hər bir məkanda təhlükəsizlik qaydaları hər zaman ön planda olmalıdır.

media-1675778524_707

Ekspert qeyd edib ki, qaz cihazlarının təhlükəsiz istismarı bir neçə mühüm texniki şərtdən asılıdır. Onun sözlərinə görə, müasir təhlükəsizlik cihazları bədbəxt hadisələrin qarşısını alan ən effektiv vasitədir:

“Məişətdə qaz cihazı istifadə olunursa, mütləq onun təhlükəsiz istismarı təmin edilməlidir. Bura cihazlara kənar müdaxilələrin edilməməsi, otaqda ventilyasiya və nəfəsliyin olması daxildir. Ən əsası isə dəm qazı və qaz sızması əleyhinə detektorlar quraşdırılmalıdır. Dəm qazı detektoru təhlükə anında xüsusi səs siqnalı vasitəsilə istehlakçını xəbərdar edir və onu ölümün pəncəsindən qurtarır. Qaz sızması əleyhinə detektor isə sızma anında qaz təchizatını dərhal avtomatik dayandırır”.

E. Nurəliyevin sözlərinə görə, tüstü bacalarının texniki vəziyyəti də dəm qazı təhlükəsində həlledici rol oynayır:

“Tüstü bacaları mütləq ildə ən azı iki dəfə təmizlənməlidir. Baca normativ standartlara uyğun olmalı, üzərində hər hansı çat və ya sızma ehtimalı olan deşik olmamalıdır. Sovurma qabiliyyəti (tyaj) daim işlək vəziyyətdə saxlanılmalıdır. Bu sadə, lakin həyati tədbirlər insanı dəm qazının qurbanına çevrilməkdən xilas edir”.

Ekspert sonda xatırladıb ki, qazın fiziki-kimyəvi xassəsi onun həm partlayışa, həm də düzgün yanmadıqda dəm qazı yaranmasına səbəb ola biləcəyini göstərir. Bu səbəbdən məişətdə ehtiyatı əldən vermək ailə faciələrinə yol aça bilər.

Sona Əliyeva

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa