"Bir dənədən artıq olmaz!"- Mağazalarda endirim yoxsa "limit" TƏLƏSİ?

media-hightechnic-468x90

Mağazalarda endirim kampaniyaları zamanı məhsulların limitli sayda satılması istehlakçılar arasında ciddi narazılıq doğurur. Vətəndaşlar bildirirlər ki, elan olunan endirimlər praktikada hər kəs üçün əlçatan olmur, məhsula tətbiq edilən süni limitlər isə alıcının seçim azadlığını kobud şəkildə məhdudlaşdırır.

media-df679d5e98eb8ae5c6218593885c72ff

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, endirimli məhsullara limit qoyulması satıcıların “marketinq siyasəti” adı altında pərdələdiyi bir hüquq pozuntusudur:

“Bu cür məhdudiyyətlər formal olaraq biznesin daxili qaydaları adı altında əsaslandırılır. Onlar endirimli məhsullara limit qoyulmasını həmin satıcının öz marketinq siyasəti kimi təqdim edirlər. Lakin belə çıxır ki, bu ‘marketinq işi’ birbaşa istehlakçının hüququnu pozmağa yönəlib”.

AİB sədri vurğulayıb ki, bu qanunsuzluqla bağlı dövlət qurumlarına edilən müraciətlər nəticəsiz qalır. Rəsmi qurumlar bu hallara müdaxilə etmək əvəzinə, sahibkarın tərəfini tutur:

“Biz dövlət orqanlarına müraciət edəndə bildirirlər ki, bu, sahibkarın öz daxili qaydasıdır, ərazi biznes qurumunun öz mülkiyyətidir və şərtləri özü müəyyən edə bilər”.

Eyyub Hüseynov hesab edir ki, biznes subyektlərinə yaradılan bu rahat mühitdən sui-istifadə olunur. Onun fikrincə, mağazaların “malların sonradan başqa yerlərdə satılması ehtimalı” bəhanəsi ilə limit tətbiq etməsi heç bir hüquqi əsasa söykənmir:

“Sahibkarın bu arqumenti hüquq pozuntusuna haqq qazandırmır. Nəticədə biznesə verilən sərbəstlik vətəndaşın hüququnun tapdalanması hesabına başa gəlir”.

Samir Məcid

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa