!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hesablama Palatasından gələn ilin dövlət büdcəsi zərfinə MÜSBƏT RƏY

!Reklam – Yazi

Oktyabrın 30-da Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

Yenicag.az quruma istinadən xəbər verir ki, iclasda “2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihələrinə verilmiş rəyləri ətraflı müzakirə olunaraq təsdiq edilib, sənədlərin Milli Məclisində müzakirəsi tövsiyə olunub.

Bundan başqa, iclasda dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan “Azərsu” ASC-yə ayrılmış vəsaitlərin istifadəsinə dair nəzarət tədbiri üzrə Auditor Hesabatı da müzakirə edilib, kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatın göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Milli Məclinə təqdim olunması qərara alınıb.

İclasda, həmçinin Hesablama Palatasının İş planında nəzərdə tutulmuş nəzarət tədbiri ilə bağlı proqram təsdiq olunub.

www.yenicag.az

3963
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv