Həvəskar Jurnalistlər Klubunun ilk təlimi keçirildi

media-hightechnic-468x90

10859747_10204465016098192_2071673730_nSumqayıt Dövlət Universitetində tələbələrin təşəbbüsü ilə yaranan “Ritorika Universal Klubu” yeni layihəsini təqdim edib.

bir neçə gün bundan əvvəl təqdimatı keçirilən Həvəskar Jurnalistlər Klubunun ilk təlimi keçirilib. Gələcəkdə jurnalist olmaq istəyən tələbələr təlimə cəlb olunub.

Müstəqil jurnalist Toğrul Vəlibəyli iştirakçılara “Jurnalistika nədir?”, “Jurnalist necə olmalıdır?”, “Məqalə”, “Zarisovka”, “Reportaj”, “Oçerk”, “Xəbər nədir?”, “Xəbərlər neçə cürdür?” mövzularının izahını verdi. Tələbələr 4 saatlıq təlim müddəti ərzində jurnalistikada ilk anlayışları haqqında ətraflı məlumat əldə ediblər.

Həvəskar Jurnalistlər Klubun sədri Elvin Gülməmmədov qeyd edib kii, təlimlərdə davamlı şəkildə iştirak edən, jurnalistikanın sirlərini yaxından öyrənən tələbələr sonda işlə təmin olunacaq.

Pərvin Qocayeva

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600