Həyat yoldaşını bıçaqladı

media-hightechnic-468x90

bicaqBalakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün gecə saat 03 radələrində rayonun Hənifə kəndində baş verib. 1988-ci il təvəllüdlü, Tural Serqey oğlu Qaçayev gecə saat 03 radələrində sərxoş vəziyyətdə evə gəlib və həyat yoldaşı, 1986-cı il təvəllüdlü Elza Heybullah qızı Qaçayeva ilə aralarında olan münaqişə zəminində mübahisə ediblər. Mübahisə zamanı Tural Qaçayev mətbəx bıçağı ilə arvadının baldır nahiyəsinə xəsarət yetirib. Bıçaq xəsarəti alan Elza Qaçayeva Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Hadisəni törədən Tural Qaçayev isə saxlanılıb.

Balakən RMX-dan verilən məlumata görə, Elza Qaçayevaya cərrahiyə şöbəsində tibbi yardım göstərilib, vəziyyəti orta-stabil hesab olunur.

Faktla bağlı Balakən RPŞ-nin təhqiqat bölməsində araşdırma aparılır(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600