Həyat yoldaşını satışa çxardı

media-hightechnic-468x90

78656İstanbulda 26 yaşlı Ayişə. G. ərinin onu internetdə satmaq istəməsi barəsində polis bölməsinə şikayət edib.

Əri 35 yaşlı Deniz.Y. ilə boşanan qadın 3 övladını götürərək atası evinə gedib. Ölən atasının təqaüdü ilə dolanmağa çalışan qadın imkansızlıqdan əriylə barışmağa məcbur olub.

Pul məsələsinə görə aralarında yenidən dava yaranan cütlüyü polis şöbəsinə aparıblar. Qadın polis şöbəsində verdiyi ifadə də dövlətin ona verdiyi pulu əri tərəfindən əlindən alınması, onu internet vasitəsiylə satmaq istəməsi, hətta meşədə onu zorlamasından danışıb.

Şikayət üzrə saxlanan Deniz.Y . iddiaları rədd edib. O, arvadının psixoloji problemləri olduğunu və bu problemə görə belə yalan danışdığını irəli sürüb.

Deniz.Y. həbsiz mühakimə üzrə sərbəst buraxılıb. Prokrorluq boşanma ilə bağlı istintaq işinə başlayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600