Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Heydər Əliyev prospektində qəza: tıxac yarandı

Bakının Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Nərimanov rayonu ərazisində Heydər Əliyev prospektinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindıə qeydə alınıb.

“KİA” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.
Bundan başqa, qəzadan sonra Heydər Əliyev prospektində böyük tıxac yaranıb.

Bakı Nəqliyyat Agentliyindən APA-ya prospektdə yaranan tıxacın qəza ilə bağlı olduğu bildirilib.

Baş Dövlət Yol Polisi İdarəsi faktla bağlı araşdırma aparır.

Yeniçağ.az

www.yenicag.az

275