Heydər Əliyev Universitetində tədbir-Foto

media-hightechnic-468x90

87826Bu gün Yeni Azərbaycan Partiyası Gəncə şəhərTəşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetində “20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdə şəhər Partiya Təşkilatı İdarə Heyəti və Şurasının üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, bu faciə öz mahiyyətinə görə təkcə Azərbaycanın deyil, XX əsrdə dünyanın ən böyük faciələrindən biridir. 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra bu qanlı faciə ilə bağlı video çarx izlənilib.

Sonda Gəncə şəhər 23 saylı tam orta məktəbin şagirdləri tərəfindən 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya göstərilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600