!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heydər Əliyevə həsr olunan "100 il və dəyişən tarix" adlı tədbir keçirilib - Fotolar/Video

!Reklam – Yazi

Dekabrın 23-də “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı ilə “100 il və dəyişən tarix” adlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilən tədbirdə tanınmış ictimaiyyət nümayəndələri, media rəhbərləri, Qarabağ qaziləri, veteranlar, şəhid ailələrinin üzvləri iştirak edib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ardından Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan respublikasının ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin mətbuat katibi qazi Elvin Vəliyev açıb. O qeyd edib ki, dünya azərbaycanlılarının həmrəyliyi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

“Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ölkəmizin hər yerində və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur”.

“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə isə çıxış edərək bildirib:

“Dünya azərbaycanlılarının həmrəyliyi 27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı öz sözünü ən yüksək səviyyədə dedi və tarixi qələbəmizi daha inamlı etdi.

Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Məhz şəhidlərimizin qanı bahasına, qazilərimizin şücaəti hesabına və cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında 30 ildən çox düşmən tapdağı altında qalan torpaqlarımız işğaldan azad olundu”.

Xüsusi Təyinatlı Qüvvələri kapitanı, Hadrut uğrunda gedən döyüşlərdə şəhid olan Nuran Mustafayevin anası Rahilə Ramazanova çıxış edib:

“2023-cü il çox uğurlu bir il oldu. Çünki bu il Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı idi. İl başa çatır, lakin Heydər Əliyevin adı daim yaşayacaq, əbədiyyətə qədər daim Azərbaycana yol göstərəcək.

Heydər Əliyev dünənimizdə, bu günümüzdə və sabahımızdadır. Onun Azərbaycan üçün etdikləri misilsizdir. Heydər Əliyev Azərbaycanın xilaskarı, memarı, qurucusudur. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” məşhur deyimi ilə Azərbaycanı bütün dünyada tanıdıb”.

Tədbirdə həmçinin Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, Əməkdar jurnalist, siyasi ekspert Elçin Mirzəbəyli, Respublika Veteranlar Təşkilatının sədr müavini Polkovnik Cəlil Xəlilov, hərbi ekspertlər Elxan Şıxəliyev, Telman Qasımov, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu çıxış edib.

Çıxışlarda qeyd olunub ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır.

Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının bu ümummilli liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Tədbirin sonunda tədbir iştirakçıları tərəfindən Bəyanat verilib. Bəyanatda bildirilib ki, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyi və ehtiyatda olan Xüsusi Təyinatlı Qüvvələr mənsubları 2024-cü ilin 7 fevralında keçiriləcək növbədənkənar prezident seçkisində cənab Ali Baş Komandan İlham Əliyevi dəstəkləyəcək və hər biri ona səs verəcək.

COP29

www.yenicag.az

238
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv