“Həyəcan Siqnalı” layihəsinə start verildi – FOTO
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin dəstəyi, Türkan Nadirqızının təşkilatçılığı ilə həyata keçirilən “Həyəcan siqnalı” layihəsinə start verildi.
Layihənin əsas məqsədi gənc jurnalistlərin hərbi sahədə bilik və bacarıqlarının artıraraq, vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq işlərinin təkmilləşdirilməsinə yardım etməkdir. Layihənin açılış mərasimində “Həyəcan Siqnalı”ın rəhbəri Türkan Nadirqızı çıxış edərək layihənin mahiyyətindən danışdı:
“Müharibə jurnalistikasında ən mühüm cəhətlərdən biri informasiyanın operativ şəkildə çatdırmaqla yanaşı ehtiyatlı və diqqətli şəkildə ötürməkdir. Layihə Azərbaycanın gənc jurnalistlərinin informasiya müharibəsi müddətində qeyri-peşəkarlığını aradan qaldırılmasına, eləcədə vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik ənənələrinə sadiq qalaraq insanlarda təşviş yarada biləcək və ölkə maraqlarına zərbə vura biləcək informasiyaların yayılmasının qarşısının alınması yollarını təbliğ etməyə xidmət edəcək. “Həyəcan siqnalı” layihəsi çərçivəsində müxtəlif media orqanlarında fəaliyyət göstərəcək 30 gənc jurnalistin Hərbi mətbuat tarixi, Jurnalistikada ədalət prinsipi, Müharibə jurnalistikasının qaydaları, Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı ilə bağlı nəzəri və praktiki bilikləri artırılacaq”.
Sonra İRƏLİ İctimai Birliyinin sədri MirHəsən Seyidov çıxış etdi: “Vətənpərvərlik, milli dövlətçiliyə sədaqət, milli maraqlar uğrunda prinsipiallıq KİV-lərin fəaliyyətinin başlıca elementlərini təşkil etməlidir. Bu da təbii olaraq, “Həyəcan Siqnalı” layihəsinin icrasını vacib edən əsas problemə çevrilir”.
Daha sonra isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov çıxış edərək, jurnalistikanın əhəmiyyətindən danışdı. Daha sonra isə “Modern.az” saytının baş redaktoru Elşad Eyvazlı jurnalistlərə təlim keçdi.