!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Həyətində narkotik əkən Göyçay sakini saxlanıldı - FOTO

!Reklam – Yazi

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Məmməd Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 19 kiloqrama yaxın olan çətənə kolları aşkar edilərək götürülüb. M.Hüseynov ifadəsində narkotik vasitə istifadəçisi olduğunu və həmin çətənə kollarını da bir müddət əvvəl becərərək aqrotexniki qulluq göstərdiyini etiraf edib.

Faktla bağlı polis şöbəsində araşdırmalar davam etdirilir.

 

www.yenicag.az

365
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv