!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Heyvandarlığın inkişafında süni mayalanma

!Reklam – Yazi

indir (5)Son illər Göyçayda tətbiq edilən süni mayalanma tədbirləri rayonda heyvandarlığın inkişafına xeyli təkan verib.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən bildiriblər ki, mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, mal-qaranın qısırlığına qarşı mübarizə aparılması və heyvandarlıq təsərrüfatının iqtisadi səmərəliliyinin artırılması məqsədilə son illərdə Göyçayda 15 süni mayalanma məntəqəsi yaradılıb. Bu ilin 11 ayında 2851 baş iribuynuzlu heyvan süni yolla mayalandırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 150 baş çoxdur. Süni mayalanan inək, düyə və camışlardan bu ilin 11 ayında 2148 baş sağlam bala alınıb.

Görülən tədbirlər nəticəsində mal-qaranın cins tərkibi xeyli yaxşılaşıb. Eyni zamanda, kəndlərdə heyvanların yoluxucu xəstəliklərdən mühafizəsi üçün vaxtaşırı lazımi müayinə və profilaktiki tədbirlər həyata keçirilir.

(azertag.com)

www.yenicag.az

566
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv