Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Hikmət Hacıyev NATO Mənzil Qərargahına səfər edib - FOTO

Reklam: High Technic

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev 20 yanvar 2020-ci il tarixində NATO Mənzil Qərargahına səfər edib.

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin Yenicag.az-a verdiyi məlumata əsasən, səfər zamanı H. Hacıyev NATO-nun Baş katibinin müavini Mirça Coana ilə görüşmüş və müttəfiq dövlətlərlə 29 +1 formatında iclasda iştirak edib. Keçirilmiş görüş və iclas zamanı Azərbaycan-NATO tərəfdaşlığı, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. H. Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar haqqında müttəfiq dövlətlərə ətraflı məlumat verib.

NATO ölkələri Azərbaycanın Sülh naminə tərəfdaşlıq proqramında aktiv iştirakını, NATO əməliyyatlarına töhfələrini, qarşılıqlı operativ uzlaşmanın artırılması və islahtlar sahəsində əldə etdiyi tərəqqini yüksək qiymətləndiriblər.

20 yanvar faciəsinin 30-cu ildönümümdə keçirilən bu iclas və görüşlər zamanı H.Hacıyev Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev və tərəfdaşlığı Azərbagcan tarixində mühüm rol oynayan bu hadisələr haqqında məlumat verib. NATO rəsmiləri və üzv dövlətlər bu faciə ilə bağlı Azərbaycan xalqı ilə həmrəyliklərini və şəhidlərin ruhuna ehtiramını ifadə ediblər.

www.yenicag.az

418
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100