Hillari Klinton Nyu-York meri postuna mübarizədən imtina etdi
Hillari Klinton Nyu-York meri postuna mübarizədən imtina edib.
Yeniçağ.Az “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə siyasətçinin yaxın rəfiqəsi Nira Tanden məlumat verib. O, deyib: “Düşünürəm ki, Hillari xeyriyyə işlərinə fikrini cəmləyib. Xanım Klinton uşaqlara və aztəminatlı ailələlər kömək etmək istəyir. Düşünürəm ki, o, bir də hansısa posta seçilmək üçün cəhd edəcək”.
Bir neçə gün əvvəl mətbuatda Hillarinin Nyu-York meri seçilmək üçün düşündüyü barədə xəbərlər yayılmışdı. Onun yaxın dostu Alan Patrikof bildirmişdi ki, Demokratlar partiyasının rəhbərliyi Nyu-York meri Bill De Blazionun fəaliyyətindən narazıdır və bu posta Klintonu namizəd göstərə bilərlər. Hillari De Blazioya ciddi rəqabət yarada bilər.
Amma göründüyü kimi, xanım Hillari siyasət arenasından getməyi düşünür.
Yeniçağ.Az