Hindistanda H3N2 virusundan ilk ölüm qeydə alındı - TƏHLÜKƏ QAPIDA?

media-hightechnic-468x90

Hindistanda A qrupu (H3N2 qripi) virusuna yoluxma nəticəsində ilk ölüm hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki,87 yaşlı xəstə martın 1-də ölkənin cənubundakı Karnataka ştatında dünyasını dəyişib. Aparılan testlər onun ölümünə H3N2 virusunun səbəb olduğunu göstərib.

Ölkənin Səhiyyə Nazirliyinin əmri ilə Karnatakada H3N2 infeksiyası əlamətləri olan xəstələrin müəyyən edilməsi üçün gücləndirilmiş rejim tətbiq edilib və epidemiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

A qrupu virusu (H3N2) 1968-1969-cu illərdə Honkonqda bu xəstəliyin pandemiyası səbəbindən Honkonq qripi adlandırılıb. Pandemiya iki həftə ərzində pik həddinə çatıb. O zaman virus bir milyon insanın, əsasən də yaşlı insanların ölümünə səbəb olub.

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600