!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hindistanda qəribə hadisə: Onu sancan zəhərli ilanı dişləyərək öldürdü

!Reklam – Yazi

Hindistanın Bihar əyalətində zəhərli ilanın sancmasına qəzəblənən dəmiryol işçisi Santoş Lohar tutduğu ilanı iki dəfə dişləyərək öldürüb.

Yenicag.az xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına görə, hadisə Navada şəhərindəki dəmir yolunun tikintisində baş verib

Dəmiryol işçisi Lohar tikintidə yatarkən onu zəhərli ilan sancıb. Bu vəziyyətdən əsəbləşən 35 yaşlı Lohar dəmir çubuqla tutduğu ilanı iki dəfə dişləyərək öldürüb.
Hadisədən sonra dəmiryol işçiləri Loharı müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparıblar.

“Mənim kəndimdə belə bir inanc var ki, ilan səni dişləsə, zəhəri zərərsizləşdirmək üçün onu iki dəfə dişləməlisən”, – Lohar deyib.

Xəstəxanadan verilən açıqlamada müalicəsi davam edən Loharın həyati təhlükəsinin olmadığı, səhhətinin yaxşılaşdığı bildirilib.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

239
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv