Hindistanın Racastan ştatında toy zamanı divarın aşması nəticəsində 23 nəfər ölüb, 28 nəfər yaralanıb.
Yeniçağ.Az-ın “Trend”-ə istinadən verdiyi məlumata görə, bu haqda Times of India qəzeti xəbər verir.
Hadisə Bxaratpur rayonunda baş verib.
Polisin məlumatına görə, tozlu tufan səbəbindən binanın bir hissəsi uçub, bir çox qonaqlar dağıntılar altında qalıb.
Yaralılar xəstəxanaya gətiriliblər, onların vəziyyətləri barədə məlumat yoxdur.
Yeniçağ.Az