Hindistanın regional planı ÇÖKDÜ – Müharibə Avrasiyanı İFLİC ETDİ

media-hightechnic-468x90

“Müharibə fonunda Avrasiya regionundakı ölkələrin İranla bağlı nəqliyyat layihələri müəyyən müddətə dayanmış vəziyyətdədir”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O, Yaxın Şərqdəki gərginliyin hansı ölkələrə necə təsir edəcəyi ilə bağlı fikirlərini səsləndirib.

Politoloq qeyd edib ki, ümumilikdə beynəlxalq aktorlarla yanaşı Hindistanda da ciddi narahatlıq var:

“Nəzərə almaq lazımdır ki, Dehli enerji ehtiyaclarının qarşılanması üçün İrandan istifadə edir. Regionda gərginliyin artması isə neft idxalını çətinləşdirə bilər. Əlavə olaraq Hindistan 370 milyon dollar dəyərində olan İranın Çabahar limanının yenidən qurulmasına 24 milyon dollar sərmayə qoyub. Gərginliyin qalması isə Hindistanın bu limandan istifadəsini əngəlləyəcək. Eyni zamanda İsrail-İran münaqişəsi Şimal-Cənub nəqliyyat dəhlizinin işini pozaraq Hindistanın bu mühüm layihədən faydalanmasını əngəlləyə bilər”.

Onun fikrincə, hadisələr fonunda Dehli, Pekin və Kreml kimi Tel-Əvivin hücumlarına qarşı fikir səsləndirməyib:

“Həmçinin Hindistan, Şanxay Əməkdaşlıq Təşkilatının İsrail əleyhinə hazırladığı bəyanatda da öz mövqeyini fərqli şəkildə ifadə edib. Hindistan Xarici İşlər Nazirliyi münaqişənin danışıqlar və diplomatik vasitələrlə həll olunmasını vurğulayan yumşaq tonlu bəyanat yayıb. Halbuki Şanxay Əməkdaşlıq Təşkilatının bəyanatı İsrailin hücumlarını İranın suverenliyinə qarşı hərəkət və mülki əhalinin zərər görməsi kimi pisləyir”.

E. Şahinoğlu əmindir ki, Dehlinin belə sərt mövqedə dayanmamasının səbəbi hərbi-texniki sahədə İsraillə sıx əməkdaşlığı ilə əlaqəlidir:

“Hətta İsrail Hindistan-Pakistan arasında baş verən toqquşmada Hindistanın mövqeyini dəstəkləmişdi. Bu səbəbdən Dehli İsrail-İran müharibəsində neytral mövqe saxlayır. Ancaq Hindistanın İranla bağlı narahatlıqları da az deyil. İranın Çabahar limanını idarə etmək üçün Hindistan 10 illik kreditlə razılığa gəlmişdi, lakin müharibə şəraitində bu planın həyata keçməsi çətin görünür. Ümumiyyətlə, müharibə fonunda Avrasiya regionundakı ölkələrin İranla bağlı nəqliyyat layihələri müəyyən müddətə dayanmış vəziyyətdədir”.

Nəsimi Ələsgərli

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600