!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Hökməlidə dəri emalı sexi yandı

!Reklam – Yazi

Abşeron rayonunun Hökməli qəsəbəsində dəri emalı sexində baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri tərəfindən söndürülüb.

Bu barədə Yrnicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi və peşəkarlığı sayəsində yanğın qısa müddətdə söndürülərək genişlənməsinə və sexə bilavasitə bitişik evlərə yayılmasına imkan verilməyib.

Yanğın nəticəsində, ilkin məlumata əsasən, hər mərtəbəsi təxminən 950kv.m olan sexin ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb. Sexin birinci mərtəbəsi və bitişik evlər yanğından mühafizə olunub.

www.yenicag.az

265
Ads
www.veteninfo.com
!Reklam – Arxiv