Hökumə Əliyevanın xatirə muzeyi açıldı - FOTOLAR
Milli Qəhrəman Hökümə Əliyevanın doğum günüdür.
“Unikal“ın məlumatına görə, milli qəhrəmanın ailəsi onun xatirəsini əbədiləşdirimək üçün Samux rayonunun Alıuşağı kəndində yaşadığı evin həyətində muzey düzəldiblər.
H.Əliyevanın yaxınları tərəfindən inşa edilən muzeydə Hökumə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, şəxsi əşyalar və digər yaddaş materialları sərgilənib.
Qeyd edək ki, Milli Qəhrəman Hökumə Əliyeva avqustun 8-i Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Rayonun işğalından sonra ailəsi Samux rayonunun Alıuşağı kəndində məskunlaşıb. Sonralar ailə quraraq Bakı şəhərinə köçüb. Onun valideynləri və qardaşı hazırda Alıuşağı kəndində yaşayırlar.
Hökumə Əliyeva 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Prezident İlham Əliyevin 2024-cü il 29 dekabr tarixli sərəncamı ilə o, “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına və “Qızıl Ulduz” medalına layiq görülüb.